İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan ABŞ-ın Asiyadakı müttəfiqlərinə ağır zərbə: Avqustun 1-dən etibarən...

ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Yaponiya və Cənubi Koreyadan idxal olunan mallara 25 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, Truth Social-da Cənubi Koreya prezidenti Li Çje-Men və Yaponiyanın baş naziri Şiqeru İşibaya ünvanlanmış iki rəsmi məktub dərc edib.

Yaponiyanın baş nazirinə ünvanlanan məktubda qeyd edilir: "2025-ci il avqustun 1-dən etibarən biz ABŞ-a daxil olan bütün yapon mallarına bütün sektor tariflərindən əlavə olaraq cəmi 25 faiz rüsum tətbiq edəcəyik".

Cənubi Koreya prezidentinə göndərilən məktubda deyilir: "2025-ci il avqustun 1-dən etibarən ABŞ-a daxil olan bütün Koreya mallarına bütün sektor tariflərindən əlavə olaraq cəmi 25 faiz rüsum tətbiq edəcəyik. Daha yüksək tarifdən yayınmaq üçün tranzitlə idxal edilən mallar da bu yüksək tarifə tabe olacaq".

Tramp aprelin əvvəlində idxal rüsumlarının artdığını elan etdi, lakin daha sonra ticarət razılaşmalarını müzakirə etmək üçün tədbiri 90 gün təxirə saldı. Müddət iyulun 9-da başa çatır və prezident bundan əvvəl onun uzadılmayacağını bildirmişdi. Bu müddət ərzində ABŞ Vyetnamla ticarət sazişi, eləcə də Çin və Böyük Britaniya ilə çərçivə sazişləri imzalayıb.

Yaponiya ABŞ-dan düyü almadığına görə Tramp bu ölkə ilə heç bir razılaşma olmayacağını elan edib.

Cənubi Koreyada isə prezident seçkiləri dövrü olduğuna görə ötən müddətdə ABŞ-la danışıqlar davamlı aparılmayıb.

Hər iki ölkənin avtomobil satışında ABŞ mühüm paya malikdir. Trampın yeni elan etdiyi rüsumlar bundan əvvəl avtomobil idxalına tətbiq olunan 50 faizlik rüsumların üzərinə əlavə olunacaq ki, bu da hər iki ölkədən ABŞ-a ixracı səmərəsiz hala gətirəcək.

Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə deyib ki, ABŞ tezliklə 12 ölkəyə yeni ticarət tarifləri elan edəcək: “Daha 12 ölkə ABŞ prezidentindən birbaşa belə bildirişlər(Yaponiya və Cənubi Koreyaya göndərilən-red.) alacaq. Truth sosial şəbəkəsini izləyin".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR