İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın nüvə sınaqları- 100 milyon dollar...- Sensasion plan

"Washington Post" yazır ki, ABŞ-ın nüvə sınaqlarını bərpa planı həm baha, həm də zaman baxımından çətin proses olacaq.

Musavat.com xəbər verir ki, sonuncu yeraltı nüvə sınağı 1992-ci ilin sentyabrında Nevada poliqonunda keçirilib. İndi həmin poliqon bərpaya ehtiyac duyur, bəziləri isə yeni şaxtaların qazılmasının labüdlüyünü qeyd edir. Poliqonu ziyarət edənlər onu “pas içində çuxur” adlandırıblar.

Digər əsas problem isə ixtisaslı mütəxəssislərin çatışmazlığıdır — bir çoxu DOGE proqramı çərçivəsində ixtisar olunub. Ekspertlərin fikrincə, fiziki sınaqlar üzrə təcrübə demək olar ki, itib, çünki bu gün sınaqlar əsasən kompüter modelləri üzərində aparılır.

Bəzi keçmiş rəsmilər prosesin bir neçə il çəkəcəyini, digərləri isə sadə sınağın 6–12 ay ərzində həyata keçirilə biləcəyini deyir. Lakin hətta ən sadə sınağın belə dəyəri təxminən 100 milyon dollar olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR