İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Putinlə sammit qərarı Ukraynanın Avropalı müttəfiqlərini məyus edib

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə sammit keçirmək qərarı Ukraynanın Avropadakı əsas tərəfdaşları tərəfindən narazılıqla qarşılanıb.

The Washington Post-a danışan yüksəkçinli avropalı məmurun sözlərinə görə, bu görüşü ilk gündən Putin istəyirdi və Trampın onun təzyiqi ilə buna razılıq verməsi Qərbdə narahatlıq doğurub.

“Bütün gurultuya baxmayaraq, Tramp Putinə qarşı bir damcı da təzyiq göstərmədi”, – deyə avropalı rəsmidən sitat gətirilib.

Qeyd olunur ki, Avropa İttifaqında bu addım Rusiyaya güzəşt kimi qəbul edilir və Ukraynanın maraqlarının arxa plana keçməsi ilə bağlı ciddi suallar doğurur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR