İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk biznesmenin oğlu azərbaycanlı xanımla evləndi - FOTO

Türkiyənin tanınmış ailələrindən olan Feryal Gülmanla keçmiş həyat yoldaşı, iş adamı Kamal Gülmanın oğlu Aslan Kamal Gülman evlənib.

Aslan azərbaycanlı nişanlısı Məryəm Mehdiyeva ilə ötən gün nikah masasına əyləşib. Mərasim Esma Sultan malikanəsində baş tutub.  Cütlüyün bal ayından sonra İstanbulda yaşayacağı bildirilib.

Qeyd edək ki, Aslan və Məryəm 2 il sevgili olduqdan sonra ötən il Moskvada nişanlanıblar. Məryəm Londonda təhsil alıb və Biznesin idarə olunması fakültəsini bitirib. 

Onu da qeyd edək ki, Türkiyənin məşhur ailələrindən olan Feryal Gülmanla Kemal Gülman 2021-ci ildə 8 il davam edən boşanma prosesindən sonra rəsmən ayrılıb.//Axşam.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR