Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə Türkiyə millisinin heyətində dəyişiklik baş verib.
Musavat.com Trend-ə istinadən bildirir ki, qapıçı Mərt Günok və yarımmüdafiəçi Yunus Akgün zədə səbəbindən komandadan ayrılıb.
Onların yerinə İtaliyanın "Palermo" klubunda çıxış edən Rayyan Baniya milliyə dəvət olunub.
Qeyd edək ki, Türkiyə millisi martın 23-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanla qarşılaşacaq. İlk görüşdə "ay-ulduzlular" rəqibini 3:1 hesabı ilə məğlub edib.
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ