İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycan mediası ilə bağlı önəmli müzakirələr-fotolar

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində “Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyi və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə analitiklər və köşə yazarları ilə birə müzakirələr keçirilib.

Musavat.com bu barədə xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin təşkilatçılığı ilə aparılan media müzakirələri barədə açıqlama yayıb. Bildirilir ki, bu tədbir iki ölkə arasında media sahəsində strateji əməkdaşlığın inkişafına yeni təkan verir: “Müzakirələrdə gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məqamlar müzakirə olunub”.

Qeyd edək ki, müzakirələrdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, həmçinin Azərbaycandan və Türkiyədən olan media təmsilçiləri, ekspertlər çıxış edərək “Bir millət, iki dövlət”in, həmçinin Türk dünyasının mənafeyinə xidmət edən təşəbbüslərlə çıxış ediblər, perspektiv planlardan danışıblar, ortaq maraqlarımızın müdafiəsi istiqamətində qiymətli fikirlər söyləyiblər. Bu kimi faydalı müzakirələrin hər iki ölkədə davam etdirilməsi məqsədəuyğun sayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR