İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli aktyor qəzada öldü - Qəzanın ANBAAN VİDEOSU

Türk kinosunun unudulmaz simalarından biri Yeşilçam aktyoru Engin Çağlar 85 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, məlumata görə, aktyor yolu keçmək istəyərkən sürətlə hərəkət edən motosiklet tərəfindən vurulub. Zərbənin təsirindən bir neçə metr uzağa atılan Çağlar ağır xəsarətlər alıb və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, aktyor xilas edilə bilməyib.

Qeyd edək ki, 55 ildən çox davam edən sənət karyerası ərzində Engin Çağlar, "Kınalı Yapıncak", "Feride", "Rüyalar Gerçek Olsa" kimi filmlərlə milyonlarla tamaşaçının yaddaşında yer qazanıb. O, həmçinin Film-San Fondunun prezidenti kimi Türk kino tarixinin qorunması və sənətçilərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərib.

Qəzanın görüntülərini təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR