İnsanlara hürriyət, millətlərə istiqlal!

Tütün şirkəti xəbərdarlıq edir: “Siqaret... ziyandır” - Bəs onun alternativi nədir?

Dünən Qazaxıstanın paytaxtı Astanada “Technovation” adlanan tədbirdəydik. Konfransı dünyaca ünlü tütün şirkəti “Filipp Morris” təşkil etmişdi.

Ancaq “Technivation” toplantısında müzakirə olunan mövzuları dinləyəndə elə zənn etmək olardı ki, bu, hansısa tütün şirkətinin təşkil etdiyi tədbir deyil, ona qarşı olan başqa bir təşkilatın “qara piar” kampaniyasıdır.

Başqa sözlə, baş tutmuş tədbiri “Filipp Morris”in öz ayağına balta vurması kimi də səciyyələndirmək olardı.

Çünki toplantının tez-tez təkrarlanan bir devizi vardı: “Siqaret çəkmirsinizsə, başlamayın, çəkirsinizsə, tərgidin, tərgitmirsinizsə, dəyişin”.

Məsələ məhz bu “dəyişin”in başındadır.

Yuxarıda adı çəkilən tütün şirkəti siqaretin insan orqanizminə, onun salamlığına zərəri barədə irəli sürülən bütün mülahizələrlə razılaşır, öz araşdırmaları ilə ona qüvvət verir, siqaretin zərərlərinə dair daha dərin və hərtərfli təsbitlər ortaya qoyur və ənənəvi tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasına dair konsepsiya irəli sürür.

Bu, bir dünya trendidir, sözügedən şirkət buna hamıdan əvvəl qoşulub.

Beynəlxalq statistika göstərir ki, hazırda dünyada 1.2 milyard siqaret aludəçisi var. Bu,o deməkdir ki, dünya əhalisinin hər yeddi sakinindən biri siqaret çəkir. O yeddi nəfərin dördünün həddi-büluğa çatmadığını nəzərə alsaq, demək olar ki, Yer əhlinin kişi qisminin əksər hissəsi siqaret istehlakçısıdır. Tütün istifadə edən qadınlar 6 fazidən bir az çoxdur.

Tütün məmulatlarına bu qədər hərislik ildə 7 milyon insanın ölümünə səbəb olur. Bu, dəhşətli statistikadır.

Belə bir statistik göstərici də var ki, siqaret aludəçilərinin 55-70 faizi bu ziyanlı vərdişlərini tərgitmək istəyirlər, ancaq hansısa səbəbdən, böyük ehtimalla iradəsizlik üzündən tərgidə bilmirlər. Siqareti atanlar isə ya güclü iradə sahibləridir, ya da tibbi baxımdan artıq buna məcburdurlar. Araşdırmalar göstərib ki, siqareti tərgidənlərin 80 faizə qədəri ona yenidən qayıdır.

tüt-stat.JPG (40 KB)

Ona görə də məşhur tütün şirkəti insanlara daha az zərərli məhsullar təklif edir.

Tədbirdə bu mövzuda danışan onkoloq, pulmonoloq, stomatoloq və kardioloq alimlər elmi dəlillərlə ənənəvi tütün məmulatlarının ziyanından, onların gerçəkdən də bəşər əhlinin sağlamlığına təhlükə olduğundan geniş danışdılar.

Tütün tüstüsünün ağciyər xərçəngini tətiklədiyi barədə deyilənlər havayı söhbətlər deyil. Onkoloq alim bildirdi ki, ağciyər xərçəngi daşıyanlar arasında siqaret çəkənlər o birilərdən 8 dəfə çoxdur.

Ancaq tütün tüstüsünün səbəb olduğu xəstəliklər təkcə bunlar deyil. Tütün insanda bronxial astma, kardioloji, stomatoloji problemlər və digər mərəzlər yarada bilər.

Alimlər onu da bildirdilər ki, “bir damcısı atı öldürən nikotin” barədə deyilənlər şişirdilib. Çünki özlüyündə nikotin zərərli maddə olsa da, insanlarda müxtəlif xəstəlikləri yaradan birbaşa o maddə deyil, əsasən tütünün tərkibindəki digər maddələrin, o cümlədən kağızın yanmasından əmələ gələn tüstüdür.

Ona görə də müasir dünyanın tütün məmulatlarının istehlakı üzrə yeni trendi budur ki, siqaret aludəçiləri yanan tütündən yox, qızdırılan tütündən istifadə etsələr, onların orqanizmi daha az zərər görər. Qızdırılan tütündə də nikotin var, bu da müəyyən asılılıq yaradır, amma tüstüsüz tütünün xəstəliklər törətmə xassəsi minimaldır.

Gerçəkdən də bəşər övladının ən pis iki icadından biri (digəri kütləvi qırğın silahlarıdır) olan tütün hər il dünyada o qədər adam öldürür ki, bunu yalnız onlarca atom bombasının partlaması edə bilərdi. Sadəcə, “tütün qırğını”nın həm səs-sədası yoxdur, həm də onun qurbanları dünyanın bütün ölkələrinin bütün şəhər, qəsəbə və kəndlərinə səpələniblər deyə, gözə görünmür.

Düzdür, bir xeyli siqaret aludəçiləri tüstüsüz tütündən istifadə etdikdən sonra “ləzzət eləmir, adi siqaretin dadını vermir” deyə yenidən ənənəvi tütün məmulatlarının istifadəsinə qayıdırlar, amma düşünmək lazımdır ki, hansı daha önəmlidir: orqanizmə daha az zərər vermək, yoxsa tütün məmulatlarından onsuz da olmayan “dad”ı alaraq orqanizmi riskə atmaq?

Bu, bəşər övladının bəlasıdır. Fəqət 500 il əvvəl olduğu kimi, müasir insanlar da tütün məmulatlarının zərərlərini tam anlamırlar, ümumi şəkildə bilirlər ki, bu ziyandır, xəstəlik yaradır, amma yenə də istehlak etməkdə davam edirlər.

Tarixdə ilk dəfədir ki, tütün məmulatları satmaqdan hər il milyardlar qazan tütün şirkəti xəbərdarlıq edir və alternativ yol göstərir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR