İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı aktyor vətəni uğrunda gedən döyüşlərdə həlak oldu

Ukraynanın məşhur aktyoru, “Tanrıya verilmiş vəd” (“Обещание Богу”) serialında rol almış aktyor Yuri Felipenko həlak olub.

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, onun həlak olması barədə iyunun 15-də həyat yoldaşı, yazıçı Yekaterina Motriç məlumat verib.

O, yazıb:

"Yura həlak oldu. Yura heç bir mübaliğəsiz mənim dünyam, ruhum, işığım idi. Bu itkini ifadə etmək mümkün deyil. Sanki məni yox etdilər".

Felipenko tamaşaçılara 24 seriyadan ibarət olan “Tanrıya verilmiş vəd” serialındakı rolu ilə tanışdır. KİV-in yazdığına görə, Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başladıqdan sonra Felipenko ərazi müdafiə qüvvələrinə qoşulub. 2024-cü ilin yazında isə o, Ukrayna Silahlı Qüvvələrinin 92-ci ayrı-ayrı hücum briqadasının tərkibində fəaliyyət göstərən “Axilles” zərbə dronları batalyonuna keçib.

 

Musavat.com

438d1e18-3531-4584-a4fa-c29819b5bb2f.jpeg (270 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR