İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın yeni baş naziri seçildi – FOTO

Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın Baş nazir seçilib.

Musavat.com “Report”a istinadən bildirir ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Siridrenkonun namizədliyi təsdiqlənərək Baş nazir seçilib.

Y. Siridrenko buna qədər Ukraynanın iqtisadiyyat naziri olub. 39 yaşlı yeni Baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.

İclasda prezident Volodimir Zelenski də iştirak edib.
Müstəqil Ukraynanın tarixində ilk qadın Baş nazir Yuliya Timoşenko olub.

ukr 16

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR