Onlayn ictimai-siyasi qəzet
25 ildən çox klinik təcrübəyə malik ürək cərrahı Ceremi London ürəyin zəif olduğunun üç mühüm əlamətini açıqlayıb.
Bu barədə "LADBible" məlumat yayıb.
Həkim qeyd edib ki, bu üç əlamətə yeriyərkən təngnəfəslik - nəfəs darlığı hiss etmədən, hətta qısa məsafəni belə rahat şəkildə gedə bilməmək, uzanarkən nəfəs almaqda çətinlik çəkmək, həmçinin ayaqların şişməsi - aşağı ətraflarda mayenin yığılması aiddir. Bu hallar ürəyin zəif işləməsi ilə əlaqəli ola bilər.
Onun sözlərinə görə, bu əlamətlər müxtəlif ürək xəstəliklərinin göstəricisi ola bilər və orqanizmdən gələn həyəcan siqnalı kimi qəbul edilməlidir. Ürəyin funksiyasını qiymətləndirmək üçün həkimlər tez-tez ekokardioqrafiyadan (döş qəfəsi üzərində sensorun yerləşdirilməsi ilə aparılan ultrasəs müayinəsi) istifadə edirlər. Bu üsul buraxma fraksiyasını - ürək hər dəfə sıxıldıqda çıxardığı qanın faizini ölçmək üçün tətbiq edilir.
Həkim izah edib ki, normada buraxma fraksiyası 65%-dən 70%-ə qədərdir. Bu göstərici əhəmiyyətli dərəcədə azalarsa, bu, ürək çatışmazlığının inkişafının və ya ürək əzələsinin zəifləməsinin göstəricisi ola bilər.//Oxu.az
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ