İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan sərt mesaj: ABŞ gəmisi Cənubi Çin dənizini tərk etdi

ABŞ İsraillə İran arasında artan hərbi gərginlik fonunda Cənubi Çin dənizindəki təyyarədaşıyan hərbi gəmisini qərbə doğru hərəkət etdirib.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi Pentaqon mənbələrinə istinadən məlumat yayıb.

Əvvəllər planlaşdırılmış Da Nang (Vyetnam) limanına giriş dayandırılıb və bu dəyişiklik “əməliyyat zərurəti” ilə izah olunub. Hərbi gəminin yeni istiqaməti barədə rəsmi açıqlama verilməsə də, ekspertlər onun Yaxın Şərq sularına – xüsusilə də Fars körfəzi və ya Aralıq dənizi bölgəsinə yönəldiyini ehtimal edir.

Analitiklər bu addımı ABŞ-ın regiondakı müttəfiqlərinə – xüsusilə İsrailə – verilən güc nümayişi və potensial hərbi dəstəyə hazırlıq siqnalı kimi dəyərləndirirlər. Bununla yanaşı, bu qərar Vaşinqtonun Cənubi Çin dənizi regionunda da müvəqqəti taktiki dəyişiklik etdiyini göstərir.
Pentaqonun yaxın günlərdə daha geniş açıqlama verməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR