İnsanlara hürriyət, millətlərə istiqlal!

Velosiped sürmək kişilərdə sonsuzluq yaradır - Androloq

Velosiped sürmək kişilərdə sonsuzluğa gətirib çıxara bilər.

Milli.Az xəbər verir ki, bunu androloq Elena Novikova bildirib.

Onun sözlərinə görə bu idman növü çanaq nahiyəsinə davamlı təzyiq yaradır, qan dövranını çətinləşdirir və sperma keyfiyyətinə mənfi təsir göstərir.

Həkim həmçinin ağır atletikanın da riskli olduğunu vurğulayıb. Maksimal ağırlıqlarla məşqlər və anabolik steroidlər, idman əlavələri kişilərin reproduktiv sağlamlığına ciddi zərbə vurur.

Elena Novikova faydalı idman növləri kimi üzgüçülük, yoqa, qaçış, "jim" və dartılma hərəkətlərini tövsiyə edib. Bu məşqlər qan dövranını yaxşılaşdırır, stresi azaldır və bədənin həddindən artıq yüklənməsini önləyir.

Ekspert əlavə edib ki, bəzi antidepresantlar və sakitləşdiricilər yalnız libidonu deyil, sperma keyfiyyətini də azalda bilər. Həmçinin bəzi vitamin kompleksləri yanlış istifadə olunarsa, qaraciyərə zərər verə bilər.

Novikova idman əlavələrində ekzogen testosteronun da təhlükəli olduğunu bildirib: "Bu maddələr təbii sperma istehsalını bloklayır. Steroidlər kişilərdə testislərin kiçilməsi, sperma sayının azalması, saç tökülməsi, sinə böyüməsi və prostat xərçəngi riskini artırır".

O həmçinin kişiləri ətraf mühitdəki görünməyən toksinlərə qarşı xəbərdar edib: plastik butulkalar, kosmetika və qablaşdırmada olan bisfenollar və ftalatlar spermatogenizə mənfi təsir göstərir.

Novikova kişilərə tövsiyə edib ki, 20 yaşdan etibarən tam tibbi müayinədən keçsinlər, sperma göstəricilərini izləsinlər və lazım gələrsə, erkən kriosaxlama ilə gələcəkdə uşağın olmasına imkan yaratsınlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR