Onlayn ictimai-siyasi qəzet
Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak etməklə Rusiyaya xəyanət etməyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Belqradın növbəti dəfə tədbirin yekun bəyannaməsini imzalamadığını vurğulayıb: "Mən nəyə və kimə xəyanət etdim? Rusiyaya? Necə? Zirvəyə gəlməklə? Mən dördüncü dəfədir ki, Cənub-Şərqi Avropa-Ukrayna sammitindəyəm - və yenə də bəyannaməni qəbul etməyən yeganə şəxs mənəm".
Vuçic əlavə edib ki, digərlərindən fərqli olaraq, Serbiya Rusiyaya qarşı yönəlmiş təşəbbüsləri dəstəkləmir. Prezident vurğulayıb ki, o, əvvəllər “rusiyapərəst mövqeyinə” görə tənqid olunurdu, indi isə əksinə ittiham olunur.
Vuçiç həmçinin xatırladıb ki, sammitə ev sahibliyi edən Ukrayna tanınmamış Kosovonun nümayəndələrini dəvət etməyib: "Bunun üçün şükür etməli deyilik? Məncə, etməliyik. Burada nəyi tənqid etməliyəm? Mənə burada olmaq, bitərəf qalmaq və yekun bəyannaməni imzalamamaq icazəsi verildi. Daha nə istəyirsiniz - Ukraynadan və bizdən?"
Prezident Serbiyanın müstəqil siyasətindən qürur duyduğunu vurğulayıb və hazırkı xarici siyasət kursunu ölkə üçün ən böyük nailiyyət adlandırıb: "Mən Serbiyanın siyasəti, müstəqilliyimiz, muxtariyyətimizlə fəxr edirəm və biz bunu davam etdirəcəyik".
Qeyd edək ki, Odessada keçirilən tədbir zamanı Vuçic Ukraynaya dağılmış regionlarını birinin bərpasının Serbiya tərəfindən həyata keçirilməsini təklif edib.
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ