Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti, unudulmaz aktyor Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında dünyasını dəyişib.
Onun ölüm xəbəri ilk olaraq jurnalist Teybə Qəniyeva tərəfindən ictimailəşdirilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, Əvəz Məmmədov uzun müddət qaraciyər sirrozundan əziyyət çəkirmiş.
O, illərdir ki, bu ağır xəstəliklə mübarizə aparır, vaxtaşırı xəstəxanaya müraciət edirmiş.
Saytımızın əməkdaşının da onunla bir neçə dəfə telefon əlaqəsi olub. Müsahibə istəyi ilə müraciət etdikdə Ə.Məmmədov hər dəfə səhhətində problem olduğunu, müalicə aldığını, xəstəxanaya gedib-gəldiyini bildirib.
Mərhumun bir övladı yadigar qalıb.
Qeyd edək ki, Azərbaycanın görkəmli sənətkarı Həsən Məmmədov 2003-cü ildə vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.
Şahanə Rəhimli
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ