İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistlərimiz "Qarabağımız var artıq" oxudu – VİDEO

Xalq artisti Miri Yusif “Qarabağımız var artıq” mahnısını Xalq artistləri Alim Qasımov və Natiq Şirinovla duet şəklində ifa edib.

Musavat.com xəbər verir ki, Xalq artistlərini Natiq Şirinovunun rəhbəri olduğu "Natiq" ritm qrupu müşayiət edib.

“Azərbaycana Zəfər çox yaraşır. Layihənin əsas məqsədi Qarabağ zəfərini, xalqın birliyini və qəhrəman ordumuzun şücaətini musiqi dili ilə dinləyiciyə ötürməkdir. Bu mahnı “Ya Qarabağ, ya ölüm” mahnısının yenilənmiş və yeni nəfəs gətirilmiş formasıdır”, - deyə Xalq artisti bildirib.

Bəstənin sözləri Fariz Zeynalova, musiqisi Aytən İsmixanovaya məxsusdur. Aranjeman və ideya müəllifi Tərlan Məmmədlidir.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR