İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkovda anomal hava – ildırım enerji sistemini sıradan çıxardı

Ukraynanın Xarkov şəhərində müşahidə olunan qeyri-adi hava şəraiti ciddi fəsadlara səbəb olub. Şəhərdə baş verən güclü ildırım zərbəsi nəticəsində elektrik yarımstansiyalarından birinə ziyan dəyib.

Musavat.com xəbər verir ki, nəticədə, şəhərin bir çox rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Yerli hakimiyyət və enerji xidmətləri problemin aradan qaldırılması üçün təcili tədbirlər görür.

Hazırda hava şəraitinin sabitləşəcəyi gözlənilsə də, meteoroloqlar yaxın saatlarda daha bir sıra təhlükəli hava hadisələrinin baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR