İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər sahillərində 110-dan çox ölü suiti TAPILDI

Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi "Facebook" səhifəsində məlumat yayıb.

“Mayın 20-21-də Ural-Xəzər Dəniz Balıq Təsərrüfatı Müfəttişliyi tərəfindən keçirilən reyd zamanı 117 çürümüş suiti səcədləri aşkar edilib. Qalıqlar yığılaraq sanitar normalara riayət etməklə poliqonda məhv edilib”, – komitə məlumatında qeyd olunub.

Komitənin bildirdiyinə görə, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR