İnsanlara hürriyət, millətlərə istiqlal!

Yatmamışdan əvvəl bu qidaları yeməyin

Yatmazdan əvvəl qəbul edilən bəzi qidalar yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Bu barədə britaniyalı dietoloq Kayl Krouli xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusilə turş tərkibli meyvə və tərəvəzlər yuxu rejimini poza və hətta uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Mütəxəssisin apardığı araşdırmalara əsasən, bu cür məhsullar mədə ilə yemək borusu arasında yerləşən və qida borusunu qoruyan əzələlərin funksiyasını zəiflədə bilər. Nəticədə, turşuluqla zəngin olan mədə möhtəviyyatı geri qayıdaraq qida borusuna daxil olur, bu isə turşu reflüksü adlanır. Sözügedən vəziyyət yuxu zamanı narahatlıq, yanma və yuxunun tez-tez bölünməsi ilə müşayiət olunur.

Krouli qeyd edib ki, xüsusilə portağal, pomidor və qreypfrut kimi turş meyvə və tərəvəzlərdən gec saatlarda uzaq durmaq lazımdır:

"Bu məhsullar mədədə yanma hissini artırır və bu narahatlıq rahat yatmağa imkan vermir."

Dietoloq eyni zamanda gec saatlarda yağlı yeməklərin də qəbul edilməməsini tövsiyə edir. Yağlı qidalar həzm sistemini ləngidir və mədədə ağırlıq hissi yaradaraq reflüks riskini daha da yüksəldir.

Kayl Kroulinin fikrincə, sağlam yuxu üçün axşam saatlarında yüngül və asan həzm olunan yeməklərə üstünlük verilməlidir.**Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR