Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski ilə Vladimir Putinin mümkün görüşünün vaxtı onlardan asılıdır.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə deyir: "Bu, onların öz ixtiyarındadır. Tanqo üçün iki nəfər lazımdır. Düşünürəm ki, mən onlar görüşməlidirlər ki, nəyəsə razılaşsınlar”.
Tramp Ağ Evdə Cənubi Koreya prezidenti Li Jae-Myunqla görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, Vladimir Putin və Vladimir Zelenski bir-birini sevmirlər. Jurnalistin Putinin niyə Zelenski ilə görüşə can atmadığını soruşduqda Tramp belə cavab verib: “Çünki onu sevmir. Mənim də xoşuma gəlməyən insanlar var. Onlarla görüşməyi xoşlamıram. Bəzən bəyənmədiyim insanlarla görüşməyi xoşlayıram. Onlar bir-birlərini həqiqətən sevmirlər".
ABŞ prezidenti etiraf edib ki, Zelenski və Putin arasında görüşün baş tutub-tutmayacağından xəbərsizdir və belə təmaslarda iştirakdan imtina edib: "Onların görüşüb-görüşməyəcəyini bilmirəm. Bəlkə görüşəcəklər, bəlkə də görüşməyəcəklər. Onlar mənim orada olmağımı istərdilər. Mən dedim ki, siz uşaqlar buna qərar verməlisiniz. Bu sizin işinizdir. Bu, bizim işimiz deyil". O, həmçinin Ukraynadakı münaqişənin həll olunacağına əminliyini ifadə edib.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ