Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttindəki son vəziyyətlə bağlı yeni açıqlama ilə çıxış edib. O, Ukrayna hərbçilərinin fədakarlığını vurğulayıb və Ali Baş Komandan Oleksandr Sırski ilə keçirdiyi gündəlik operativ müşavirəyə əsaslanaraq Donetsk istiqamətində, xüsusilə Pokrovsk cəbhəsində şiddətli döyüşlərin davam etdiyini bildirib.
Musavat.com xəbər verir ki, prezident bildirib ki, hazırda cəbhənin bütün istiqamətlərində sutkada 100-dən çox silahlı toqquşma qeydə alınır. Eyni zamanda Ukrayna ordusu Kursk və Belqorod vilayətlərində də fəal hərbi əməliyyatlar apararaq ölkənin sərhəd ərazilərini preventiv şəkildə müdafiə edir.
“Bu müharibə bizim seçimimiz deyil. Bu – işğalçının hücumuna qarşı hüquqi və əxlaqi müdafiədir. Müharibənin səbəbləri və cavabları Moskvadadır. Onun nə zaman bitəcəyinə isə dünya ictimaiyyəti qərar verəcək,” – deyə Ukrayna lideri vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna istənilən danışıqlar formatına açıqdır və dialoqdan çəkinmir: “Biz görüşlərdən qorxmuruq. Sabah – artıq Türkiyədəyik.”
Toğrul İSMAYIL,
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ