Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın prioritet hədəflərinə qarşı yeni uzun mənzilli hücum hazırlıqlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti Xarici Kəşfiyyat Xidməti ilə birlikdə prioritet hədəflər müəyyən edilib.
"Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə birlikdə yaxın gələcəkdə uzun mənzilli zərbələr üçün prioritet hədəfləri müəyyən etmişik. Hamısını mütləq tətbiq edəcəyik", – deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukrayna qüvvələri Rusiya hədəflərinə uzaq məsafədən dəqiq zərbələr endirmək imkanlarını gücləndirməyə davam edir.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ