İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ: “Sərt reaksiya olacaq!”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı “kütləvi və kombinə edilmiş” raket hücumu həyata keçirdiyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hücum təxminən 10 saat davam edib və əsas hədəf paytaxt Kiyev olub.

Zelenski bu hücumlara sərt cavab veriləcəyini vurğulayıb: “Bu cür Rusiya hücumlarına sərt cavab verilməlidir. Biz də məhz bu şəkildə cavab verəcəyik.”

Prezident həmçinin beynəlxalq tərəfdaşları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb və Ukrayna üçün silah istehsalına sərmayə qoymağa dəvət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR