Onlayn ictimai-siyasi qəzet
Bəli, bəzi mövzulara istəməsək belə vaxtaşırı qayıtmaq məcburiyyətində oluruq. Söhbət siyasi münasibətlər müstəvisindən getdiyi zaman isə eyni mövzuya təkrar qayıtmaq məsələsi ümumiyyətlə qaçınılmaz olur, hətta bəzən zərurətə çevrilir. Təəssüflər olsun ki, incəsənət sahəsində zövqsüzlük müşahidə edildiyi kimi, artıq siyasətdə də “ucuz populizm” və “məsuliyyətsiz demaqogiya” sanki “mütləq” hala çevrilib. Analoji vəziyyət təzahür etdiyi yerdə isə “yaxşı unudulmuş” siyasi maarifçiliyin rolu son dərəcədə aktuallaşır. Ümumiyyətlə, radikal təfəkkürün törəmələri olan “ucuz populizm” və “məsuliyyətsiz demaqogiya” siyasi maarifçilikdən sözün əsl mənasında parazitlər işıq və təmizlikdən qorxduqları qədər çəkinirlər. Çünki maarifçilik qaranlığı aydınlandıran işıq kimi radikal təfəkkürün bütün qara niyyətlərini üzə çıxarır. Bu mənada siyasi maarifçilik cəmiyyəti sanki radikal təfəkkürün bədnam hipnozundan və məkrli manipulyasiyalarından qorumuş olur.
Bu cür xəstələnmiş təfəkkür sahibləri vaxtaşırı şəkildə müasir cəmiyyət üçün artıq banal hesab olunan “demokratik” şüarlar ilə pərdələnərək siyasətdə öz mövcudluqlarını qorumağa çalışırlar. Sözügedən düşərgənin bayraqtutanları hələ də onun fərqində deyirlər ki, ötən əsrin səksəninci illərinin sonunda və doxsanıncı illərinin əvvəllərində göstərdikləri siyasi “fokusların” sirlərini artıq hamı bilir.
Onların alovlu və emosional demaqogiyası heç də həyəcanlandırmır, sadəcə əyləndirir. Çünki “rəngarəng” demaqogiyanın əsl səbəbini və onun arxasında nələr dayandığını artıq hamı bilir. Ötən illər ərzində sahib olduqları xislətlərini dəfələrlə ifşa etmiş bu vətənşüvənləri ciddi qəbul etmək mümkün deyil. Populist demaqogiya ilə siyasətdə özlərinə yer qoparmağa çalışanlar “Ulduz” filminin qəhrəmanı olmuş yoldaş Gülümsərov kimi son 30 il ərzində qarışıqlıq yaratmaq və insanları küçələrə çıxartmaq ümidi ilə “limandranın” yetişdirilməsi ilə məşğuldurlar. Onların ən böyük faciəsi odur ki, uydurduqları yalanlara özləri də inanırlar. Bu isə adekvatlığın itməsi və reallıqdan qopmaq deməkdir. Adətən siyasətdə özünü aldatma faciəsini yaşayanlar düşdükləri qaranlıq quyuya manipulyasiyalar vasitəsilə ətrafda olanları da dartıb aparmağa çalışırlar. Siyasi maarifçilik məhz həmin o “fənərdir” ki, bəhs etdiyimiz “quyunun” çirkabını ifşa edir və insanları bataqlıqdan qoruyur.
Sözügedən düşərgənin “Gülümsərovlarından” biri olan Fuad Qəhrəmanlının növbəti yazı-fokusuna diqqət yetirən zaman bir daha onların apardıqları qərəzli manipulyasiyalarının əsl məqsədlərini görə bilirik. “Ruhu olan təşkilat” adlı bu yazı siyasətdə özünü aldatma faciəsinin antologiyasıdır desək heç də yanılmarıq. Yazının adı belə bizlərə bəhs etdiyimiz düşərgədə şüuraltı müstəvidə gizli şəkildə yaşanan qəribə narahatçılıqlardan xəbər verir. Başqa sözlə ifadə etsək, adekvatlığını və rasionallığını itirmiş və tamamilə parçalanmaq ehtimalı ilə üz-üzə dayanan ümidsiz bir siyasi partiya mənşəyi bəlli olmayan “ruhun” möcüzələrindən danışır və hətta özünü “xüsusi” qaydalar ilə idarə olunan təşkilata bənzədir.
Radikal təfəkkürün mahiyyətini bizlərə aydın şəkildə nümayiş etdirən bu yazıdakı digər “parlaq” fikirlərə bir qədər yaxından nəzər yetirək. Belə ki, sözügedən düşərgənin ideoloqu statusuna iddialı olan yazının müəllifi qeyd edir: “Xalq Cəbhəsi yarandıqdan qısa müddət sonra milli hərəkata çevrilərək kommunist rejiminə qarşı mübarizədə elə bir kütləvi güc qazandı ki, siyasi proseslər onun qərarları ilə idarə olunmağa başladı... Xalq Cəbhəsinin təməli isə bütöv bir millətin Sovet imperiyasından azad olmaq, erməni təcavüzündən qorunmaq istəyi ilə qoyulub.”
Müəllifin bu cümlələri artıq şüuraltı səviyyədə yox, real müstəvidə sözügedən partiyanın ideoloji tükənmişliyinin sübutudur. “İdeoloq” açıq şəkildə etiraf edir ki, partiyanın təməl məqsədləri kommunist rejimi ilə mübarizə aparmaq, habelə milləti Sovet imperiyasından azad etmək və erməni təcavüzdən qorumaqdır. Bu cür fikirlər sadəcə ideoloji tükənmişliyin əlamətləri deyil, bu sözlər ilk növbədə onun etirafıdır ki, sözügedən təşkilat yalnız keçmişin partiyasıdır, əsla gələcəyin deyil. Artıq nə kommunist rejimi, nədəki erməni təcavüzü yoxdur. Odur ki, AXCP rəsmən öz missiyasını bitirmiş partiyadır. Siyasi missiyasını bitirmiş, ideoloji istiqamətdə tükənmiş və heç bir resursa malik olmayan partiya cəmiyyətə nə verə bilər ki? Ona görə də, sözügedən düşərgə son 30 il ərzində yoldaş Gülümsərov kimi “limandranı” yetişdirməklə öz tərəfdaşlarının başlarını qatır və küçə iğtişaşlarına ümid edir.
Bunlar yetərli deyilmiş kimi müəllif həmçinin açıq şəkildə partiyanın radikal təmayüllü olduğunu da etiraf edir: “Xalq Cəbhəsinin yaranması və fəaliyyəti ... klassik xalq inqilabının təşkilatlanmış formasıdır”. Təəssüf ki, sözügedən düşərgə öz siyasi fəaliyyətini yalnız iğtişaşlarda və sabitliyin pozulmasında, yəni dövlətimizin yenə də ötən əsrin səksəninci illərinin sonları və doxsanıncı illərinin əvvəllərinə qayıtmasında görür.
Birmənalı olaraq bilməliyik ki, bu cür siyasi xislətə sahib olanlar cəmiyyətə yardım etmək iqtidarında deyil, əksinə onlar yardım istəyən tərəfdir. Ancaq bu yardımı onlar dövlətin xaricində axtarırlar. Radikal təfəkkür siyasətdə öz mövcudluğunu yalnız düşmən obrazını cəmiyyətdə təşviq etməklə qoruya bilir. Məhz elə buna görə də sözügedən düşərgə siyasi dialoqa qarşı açıq şəkildə çıxış edən yeganə tərəfdir. Heç də təəccüblü deyil ki, siyasi sabitlik və milli həmrəylik ilə assosiasiya olunan siyasi dialoq mühitinin mövcudluğu onların maraqlarına uyğun deyil. Əlbəttə onların ideoloji tükənmişliyi kimi cəmiyyətin də onlara olan etibarının tükənməsi artıq təkzib olunmaz faktdır.
05 Avqust 2025
30 Iyul 2025
24 Iyul 2025
17 Iyul 2025
04 Iyun 2025
16 Aprel 2025
19 Mart 2025
12 Mart 2025
07 Mart 2025
28 Fevral 2025
11 Fevral 2025
05 Fevral 2025
22 Yanvar 2025
13 Yanvar 2025
20 Dekabr 2024
13 Dekabr 2024
06 Dekabr 2024
29 Noyabr 2024
28 Oktyabr 2024
23 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
07 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
25 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ