İnsanlara hürriyət, millətlərə istiqlal!

1000 nəfərlik mübadilə razılaşdırıldı, 500 nəfəri bu həftə verməyə hazırıq – Zelenski

Ukrayna və Rusiya arasında iyunun 7-8-nə planlaşdırılan növbəti hərbi əsir mübadiləsi baş tuta bilər. Lakin Kiyev tərəfi hələlik qarşı tərəfdən lazımi siyahıları əldə etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Liga.net" portalına verdiyi açıqlamada danışıb. Onun sözlərinə görə, Rusiya tərəfi razılaşdırılmış 1000 nəfərdən 500 əsiri bu həftə sonu təhvil verməyə hazır olduğunu bildirib.

"Biz də həmin sayda hərbçimizi təhvil verməyə hazırıq", – deyə Zelenski qeyd edib.

Prezident Rusiyanın əsir siyahılarını vaxtında təqdim etməməsini narahatedici məqam kimi qiymətləndirib: "İstanbulda keçirilən ilkin danışıqlardan fərqli olaraq, bu dəfə qarşılıqlı razılaşma əsasında siyahıların əvvəlcədən təqdim olunması barədə razılıq əldə etmişdik. Amma buna baxmayaraq, Rusiya tərəfi hələ də heç bir siyahı göndərməyib. Bu isə prosesin yenidən gecikə biləcəyindən xəbər verir".

Zelenskinin sözlərinə görə, Kiyev əsir mübadiləsinin baş tutması üçün hər cür hazır vəziyyətdədir və Rusiyanın konkret addım atmasını gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR