Onlayn ictimai-siyasi qəzet
        NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bəyan edib ki, Ukraynada hərbi əməliyyatlar dalana dirənib və daha çox qurbanların qarşısını almaq üçün danışıqlar masasına əyləşmək lazımdır.
Musavat.com xəbər verir ki, BBC-yə verdiyi müsahibədə Draqone bildirib:
“Əgər indi sülhə doğru addım atılmasa, bu, yalnız mənasız itkilərlə nəticələnəcək".
Admiral vurğulayıb ki, NATO Ukraynaya dəstəyi danışıqlar üçün əlverişli şərait yarananadək davam etdirəcək.
O həmçinin qeyd edib ki, Avropa bu müharibədən ciddi siqnal alıb — öz müdafiəsini gücləndirməli və Kiyevə uzunmüddətli yardım üçün hazır olmalıdır.
Draqone əlavə edib ki, alyansın əsas prioriteti hava hücumundan müdafiədir və Şərq sərhədlərində “dron divarı”nın yaradılması planı artıq ABŞ-ın Virciniya ştatındakı NATO Transformasiya Komandanlığı tərəfindən hazırlanır.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ