Onlayn ictimai-siyasi qəzet
ADY və “Balakhani Operating Company”nin təşkilatçılığı ilə “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu Dəmiryol Vağzalında davam edir.
Musavat.com xəbər verir ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir.
Bu fotoların əksəriyyəti ilk dəfədir ki, təqdim edilir.
Fotolar noyabrın 12-dək Sabunçu Dəmiryol Vağzalında nümayiş olunacaq.
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ