İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK: 50 yaşlı kişi 17 yaşlı qızı oğurladı - POLİSDƏN ƏMƏLİYYAT

Balakən rayonunda 17 yaşlı qız naməlum şəxslər tərəfindən oğurlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.

Zərərçəkmiş gizlədildiyi ünvandan polis əməkdaşları tərəfindən aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.

Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR