Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Böyük Britaniya kralı III Karl tanınmış futbolçu, İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemi futbol və Britaniya cəmiyyətinə xidmətlərinə görə cəngavər (knight) tituluna layiq görüb.
Bu qərardan sonra o, rəsmi şəkildə “Ser Devid Bekhem”, həyat yoldaşı isə “Ledi Viktoriya Bekhem” kimi tanınacaq.
Devid Bekhem Britaniya futbolunun ən tanınmış simalarından biridir. O, “Mançester Yunayted”, “Real Madrid”, “Milan” və digər klublarda çıxış edib, İngiltərə millisinin heyətində isə 115 oyun keçirib.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ