İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Vardanyanın Bakıdan oğluna etdiyi zəng ictimailəşdirildi – Bir caninin pafosu və gerçəklik...

Musavat.com xəbər verir ki, Qarabağda separatçı və qanunsuz silahlı-siyasi strukturların təşkilində iştirak etdiyi üçün hazırda Azərbaycanda həbsdə olan Rüben Vardanyanın oğlu ilə telefon danışığı yayılıb. Danışıq zamanı o, oğluna “Artsax olub, var və olacaq”, “insan özündə işığı və xeyiri daşımalıdır” və “əsl qəhrəman ümidin qalmadığı yerdə onu yenidən yandırandır” kimi provokativ fikirlər səsləndirib. Vardanyan bu sözləri öz imzası ilə ictimailəşdirib.

Musavat.com -a görə, bu bəyanatlar real vəziyyəti əks etdirmir və yalnız şəxsi emosional təsəlli xarakteri daşıyır. Rüben Vardanyan bir cinayətkardır: Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində mərkəzi hakimiyyətə qarşı qondarma “dövlət”, “nazirlik” və “ordu” strukturunun maliyyələşdirilməsi və idarə olunmasında iştirak edib. O, Qarabağ bölgəsində separatizmin gücləndirilməsi, silahlı dəstələrin təchiz edilməsi, Azərbaycan ordusuna və dinc şəhərlərə raket hücumlarında iştirak, eləcə də yerli əhaliyə qarşı qanunsuz təsir mexanizmlərinin yaradılması ilə bağlı istintaqa cəlb olunub. 

mehkeme_6.jpg (562 KB)

Musavat.com-un məlumatına görə, Vardanyanın fəaliyyəti yalnız azərbaycanlılara qarşı deyil, erməni əhalisinin özünə qarşı da mənfi nəticələr doğurub. O, Qarabağ ermənilərini reallıqda mümkün olmayan “Artsax dövlətçiliyi” ideyası ilə illərlə aldatmış, onların bölgədə təhlükəsiz inteqrasiya imkanlarını arxa plana atmış və nəticədə onları çıxılmaz vəziyyətə gətirmiş şəxslərdən biri kimi qiymətləndirilir. 

1759821553_1758043694_17580420421783330745_1200x630.jpg (23 KB)

2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağda fəaliyyət göstərən separatçı qurum tamamilə ləğv edilib və bölgədə Azərbaycan suverenliyi bərpa olunub. Bununla, Vardanyanın “Artsax var olacaq” iddiasının hüquqi, siyasi və faktiki əsası qalmayıb. Bir sözlə indi "artsaq" deyən ən sarsaq adamdır...

Hazırda Rüben Vardanyan barəsində istintaq davam edir və o, törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR