Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda çoxuşaqlı anaların pensiya güzəştləri ilə bağlı qanunvericilikdə dəyişiklik təklif olunub.
Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, hazırkı qanunvericiliyə əsasən, yalnız 5 və ya daha çox övladı olan analar 5 il daha tez pensiyaya çıxmaq hüququna malikdirlər.
Lakin millət vəkili bu normaların dəyişdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə xüsusilə gənc ailələr arasında 5 uşaqlı ailələrə nadir hallarda rast gəlinir, buna görə də güzəştin əhatə dairəsinin genişləndirilməsi məqsədəuyğundur:
"Təklif edirəm ki, üç və ondan çox uşağı olan ailələrin nümayənlərinə 5 il daha tez pensiyaya çıxmaq istiqamətində qanunvericilikdə dəyişikliklər olsun".
Qeyd edək ki, bənzər təcrübə bir sıra ölkələrdə artıq tətbiq olunur. Fransa, Polşa və Macarıstanda çoxuşaqlı analara əlavə pensiya imtiyazları və vergi güzəştləri verilir. Rusiya qanunvericiliyində isə 3 və daha çox uşağı olan qadınlar pensiya yaşını azalda bilirlər. Bu cür addım Azərbaycanda ailə institutunun möhkəmlənməsinə və doğum səviyyəsinin artmasına dəstək verə bilər./baku.ws
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ