Onlayn ictimai-siyasi qəzet
ABŞ Hərbi Hava Qüvvələri Minuteman III tipli qitələrarası ballistik raketin təlim məqsədli buraxılışını həyata keçirib.
Musavat.com xəbər verir ki, raket nüvə başlığı daşımayıb və təxminən 4,2 min mil (təqribən 6,8 min kilometr) məsafə qət edərək Sakit okeandakı Kvadjaleyn atolluna çatıb.
Məlumatı Vandenberq Hərbi Hava Bazası yayıb. Bildirilib ki, sınağın məqsədi raket sisteminin hazırkı etibarlılığını, döyüş hazırlığını və dəqiqliyini qiymətləndirmək olub.
Buraxılış, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus E-6B Mercury təyyarəsindən istifadə edən pilotlar qrupu tərəfindən həyata keçirilib. Onlar uçuş zamanı ALCS adlı ehtiyat idarəetmə və nəzarət sisteminin effektivliyini və daim işlək vəziyyətdə olmasını yoxlayıblar.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ