İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellektlə ünsiyyətdə ən effektiv dil polyak dili oldu

Musavat.com xəbər verir ki, tədqiqatçılar OpenAI, Google Gemini, Qwen, Llama və DeepSeek kimi məşhur süni intellekt modellərinin 26 fərqli dildə eyni tapşırıqlara verdiyi cavabları müqayisə ediblər.

Nəticələrə əsasən, polyak dili süni intellektlə ünsiyyətdə ən effektiv dil kimi müəyyən edilib – bu dildə tapşırıqların yerinə yetirilmə dəqiqliyi 88 faiz olub. Mütəxəssislər qeyd edirlər ki, bu nəticə polyak dilinin nisbətən az tədris məlumatına malik olmasına baxmayaraq əldə edilib.

Ən maraqlı məqamlardan biri isə ingilis dilinin bütün modellər üzrə lider olmamasıdır – uzun mətnlərin emalında bu dil cəmi altıncı yeri tutub.

Süni intellektlə iş üçün ən effektiv dillər belə sıralanıb:

Polyak
Fransız
İtalyan
İspan
Rus
İngilis
Ukrayna
Portuqal
Alman
Holland

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR