Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyanın Xalq artisti, məşhur televiziya aparıcısı Yuri Nikolayev Moskvada vəfat edib.
76 yaşlı televiziya ulduzu “Səhər poçtu”, “Gecən xeyrə qalsın, balaca!”, “Səhər ulduzu” və “Böyük dəyişim” kimi proqramların aparıcısı kimi tanınırdı. Onun ölüm xəbərini yaxın dostu, artist Nikolay Tsiskaridze təsdiqləyib.
Məlumata görə, günorta saatlarında Yuri Nikolayevin səhhəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, aparıcı sətəlcəmdən əziyyət çəkirmiş.
Son illər o, ağır xəstəliklə mübarizə aparırdı və 2021-ci ildən bəri efirdə görünmürdü.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ