Onlayn ictimai-siyasi qəzet
Braziliya prezidenti Lula da Silva prezident Donald Trampla ikitərəfli görüşü səbirsizliklə gözlədiyini bildirib. Musavat.com xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransı zamanı danışıb.
Silva ümid edir ki, onların yaşlarının çoxluğu fevralda Vaşinqtonda Vladimir Zelenski ilə Tramp arasında baş verən görüşə bənzər mübahisənin təkrarlanmasına imkan verməyəcək: "Trampın gələn ilin iyununda 80 yaşı olacaq. Bu oktyabrda mənim 80 yaşım olacaq. 80 yaşlı iki kişinin münasibətində zarafatlara yer ola bilməz".
O, Trampa “ABŞ liderinin layiq olduğu hörmətlə” yanaşacağını vəd edib: "Və o, şübhəsiz ki, mənə - Braziliya Federativ Respublikasının Prezidentinə layiq olduğu hörmətlə yanaşacaq. Bu görüş belə keçəcək. 80 yaşlı iki lider, həm də onlar özlərini çox gənc hiss edirlər".
Daha əvvəl CNN Brasil məlumat vermişdi ki, ölkənin Xarici İşlər Nazirliyi Lula de Silvanın Trampla görüşündə “Zelenski effekti”ndən ehtiyat edir.
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ