İnsanlara hürriyət, millətlərə istiqlal!

Tütün tüstüsünün zərərini necə azaltmalı? – Elmi konfransda deyilənlər

Bu günlərdə dünyanın məşhur tütün şirkətlərinin başında gələn “Philip Morris International”ın (PMI) təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində ənənəvi “Technovation” konfransı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə əsasən tütün məhsullarnın istehlakından doğan zərərin azaldılması müzakirə olunub. Konfransda bu sahə üzrə bir neçə ölkənin mütəxəssisləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan PMI şirkətinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti Tommaso di Covanni tüstüsüz məhsulların inkişafında innovasiya və texnologiyanın əhəmiyyəti, həmçinin innovasiyanın qlobal çağırışların həllində rolu mövzularında çıxış edib.

Di Covanninin sözlərinə görə, tüstüsuz məhsullar hələ də cəmiyyətdə şübhə ilə qarşılanır, amma elmi sübutların sayı artır və onların zərəri azaltma potensialını təsdiqləyir. Bu məhsullar sadəcə ixtira deyil, onların hazırlanması illərlə aparılan elmi-tədqiqat işləri, milyardlarla investisiya və texnoloji təkmilləşmə tələb edib.

Tədbirdə maraqlı və yadda qalan çıxışlardan biri də PMI-ın Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərqdə elmi məsələlər üzrə direktoru Tomoko Lidanın təqdimatı olub. O çıxışında nikotin haqqında miflər və faktlar mövzusuna toxunub. T.Lida bildirib ki, MDB regionunda nikotinlə bağlı yanlış təsəvvürlər geniş yayılıb. “Bir çox tibb mütəxəssisləri “bir damcı nikotin atı öldürə bilər” kimi miflərlə öyrədiliblər. Amma nikotin öz-özlüyündə kanserogen, yəni xərçəngə səbəb olan maddə deyil. Dünyanın heç bir səhiyyə qurumu nikotini kanserogen kimi müəyyən etməyib. Buna görə də sual belə qoyulmalıdır: nikotini hansı formada çatdırmaq daha təhlükəsizdir? Nikotin ziyansız deyil və asılılıq yaradır, lakin o, siqaret çəkməklə əlaqədar xəstəliklərin əsas səbəbi deyil. Bu xəstəliklərin əsas səbəbi tütün yanan zaman əmələ gələn minlərlə insan sağlamlığı üçün zərərli və xüsusilə zərərli maddələrdir. Elmi cəhətdən sübut edilmişdir ki, tüstüsüz tütün məmulatlarının buxarında olan zərərli maddələrin miqdarı siqaret tüstüsü ilə müqayisədə 90-95% daha azdır”, - T.Lida deyib.

Tədbirdə səsləndirilən statistikaya əsasən, bir çox ölkələrdə siqaret çəkmə göstəriciləri azalmaqdadır. Lakin dinamika və nəticələr ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Türkiyədə 2014–2019-ci illər ərzində 1,2% azalma olub. Tailandda (2011–2017) 12.6%, Braziliyada isə (2008–2019)13.9% azalma baş verib.

Digər tərəfdən, tüstüsüz tütün məmulatlarının geniş istifadə edildiyi ölkələrdə - Yaponiyada (2014–2019)14.5%, İsveçdə (2004–2021) 49.5%, Islandiyada (2011–2021) 50.0%, Yeni Zelandiyada (2011–2020) isə 52.8% azalma qeydə alınıb. Bu, tüstüsüz tütün məhsullarının siqaret çəkənlərin sayına təsirinin ən bariz nümunəsidir.

Araşdırmalar göstərir ki, siqareti tərgitənlərin 80 faizə qədəri ona yenidən qayıtmaq niyyətində olurlar. Məhz bu səbəbdən də PMI insanlara daha az zərərli məhsullar təklif edir ki, bu onların səhhətinə ciddi təsir etməsin.

Tədbirdə tütünün zərərinin azaldılması mövzusunda danışan onkoloq, pulmonoloq, stomatoloq və kardioloq alimlər elmi sübutlarla ənənəvi tütün məmulatlarının ziyanından, onların həqiqətən də insanların sağlamlığına təhlükəli olmasından geniş danışıblar. Bildirilib ki, ənənəvi tütün tüstüsünün ağciyərdə xərçəng xəstəliyi yaratması qaçılmazıdr. İştirakçı onkoloq alimin sözlərinə görə, ağciyər xərçəngi daşıyanlar arasında siqaret çəkənlər o birilərdən 8 dəfə çoxluq təşkil edir. Qeyd olunub ki, tüstüsüz texnologiyalardakı innovasiyalar nikotindən istifadə edən siqaret çəkənlər üçün zərəri əhəmiyyətli dərəcədə azalda bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR