İnsanlara hürriyət, millətlərə istiqlal!

ABB rəhbər heyəti Veysəloğlu Şirkətlər Qrupunda qonaq olub

Ölkənin aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbər heyəti uzunmüddətli tərəfdaşı – Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) səfər edib.

Bankı ABB İdarə Heyətinin sədri Abbas İbrahimov, Korporativ və KOS Satış ofisinin rəhbəri Ülvi Qasımov və ofisin direktor müavini Taleh Abbasov təmsil ediblər. Qonaqları VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Qrup CEO-nun Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Könül Kərimova, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natavan İbrahimova, Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev və “Araz” supermarketlər şəbəkəsinin Maliyyə direktoru Əminə Bəşirova qarşılayıblar.

Veysəloğlu Şirkətlər Qrupunun Mərkəz ofisində baş tutan görüş səmimi atmosferdə keçib. Tərəflər bir-birlərinin fəaliyyət istiqamətləri, əldə etdikləri nailiyyətlər və gələcək planları barədə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin iki tərəf arasında uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da gücləndirilməsi zərurəti vurğulanıb.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR