İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov yeni biznes qurdu

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.

Musavat.com sport1.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.

Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş etmək olur.

Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.

Qeyd edək ki, bir müddət öncə mediada Q.Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli isə başqadır. Belə ki, “Şəfa” klubu Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstləri şifariş verib, geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR