İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çindən idxala tətbiq etdiyi rüsumları dəyişməyəcək - Nazir

Vaşinqton və Pekin arasında əldə olunan ticarət razılaşmasına baxmayaraq, Çindən ABŞ-a idxala tətbiq olunan gömrük rüsumlarının səviyyəsi dəyişməz qalacaq.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə CNBC telekanalında ABŞ-ın ticarət naziri Hovard Lutnik çıxış edib.

Hazırda ABŞ administrasiyasının qərarına əsasən, ABŞ-da Çin mallarına tətbiq edilən rüsumlar 55 faiz təşkil edir.

İyunun 9-da Londonda ABŞ-Çin ticarət danışıqlarının ikinci raundu keçirilib. İki ölkənin nümayəndə heyətləri ticarət sazişinin parametrləri ilə bağlı razılığa gəliblər, indi onun dövlət başçıları səviyyəsində təsdiqlənməsi lazımdır.

"Çin ilə razılaşmamız hazırdır. Son "yaşıl işığ"ı mən və Sədr Si Cinpin yandırılmalı olacağıq", - ABŞ prezidenti Donald Tramp Truth Social hesabında yazıb. Onun sözlərinə görə, razılaşma Çindən nadir torpaq metallarının ixracını da tənzimləyəcək.

Bundan əlavə, Trampın sözlərinə görə, o və Si Cinpin Amerika biznesinin Çin bazarına çıxışını təmin etmək üçün işləmək niyyətindədirlər: "Sədr Si Cinpin və mən Çini Amerika ticarətinə açmaq üçün yaxından və birlikdə işləyəcəyik. Bu, hər iki ölkə üçün böyük qələbə olardı!".

Tramp əlavə edib ki, Çin ABŞ-a 10 faiz, ABŞ isə Çinə 55 faiz rüsum tətbiq edəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR