İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda neft emalı zavodunda DƏHŞƏTLİ YANĞIN

İranda "Eyvanki" neft emalı zavodunda böyük yanğın baş verib.

Musavat.com xəbər verir ki, İran mediasının məlumatına görə, yanğınsöndürənlər və xilasedicilər hadisə yerində çalışırlar.

Zavod Semnan əyalətinin Cənnət Abad sənaye şəhərində yerləşir. Hələlik ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Semnan, Tehran və qonşu əyalətlərdən yanğınsöndürənlər, təcili yardım və polis briqadaları hadisə yerinə cəlb olunub. İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşları da yanğının söndürülməsinə qoşulub.

Yerli medianın məlumatına görə, yanğının qarşısının alınması işləri davam edir və səbəbi mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra açıqlanacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR