Onlayn ictimai-siyasi qəzet
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yüz minlərlə miqrantı onların ölkədə yaşamaq və işləmək icazələrinin ləğv edildiyi və ölkəni tərk etmələri barədə məlumatlandıracaq.
Musavat.com xəbər verir ki, bu barədə müvafiq bildirişin surətinə istinadən CNN məlumat yayıb.
Söhbət keçmiş prezident Co Bayden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-a daxil olan Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarından gedir. Ümumilikdə, CHNV kimi tanınan proqram çərçivəsində 530 mindən çox insan humanitar yardım alıb.
Proqram iştirakçılarının e-poçt ünvanlarına göndərilən sənəddə deyilir: "Biz bununla sizə humanitar giriş icazənizin ləğv edildiyi barədə məlumat veririk. Əgər ölkəni tərk etməsəniz, şəxsi işlərinizi həll etmək imkanı olmadan həbs və deportasiya da daxil olmaqla, məcburi tədbirlərə məruz qala bilərsiniz".
CNN qeyd edir ki, bu qərar Donald Tramp administrasiyasının milyonlarla miqrantı – həm ölkədə qeyri-qanuni yolla, həm də qanuni yolla gələnləri zorla deportasiya etməyə yönəlmiş daha geniş miqrasiya siyasətinin bir hissəsdir.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ