İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ daha bir Venesuela gəmisinə zərbə endirib - Tramp

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ ordusu narkotik kartelləri və Venesueladan olan “narkoterrorçular” qrupuna qarşı ikinci kinetik zərbə endirib. Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social səhifəsində paylaşıb.

Məlumata görə, zərbə beynəlxalq sularda Cənub Komandanlığının məsuliyyət zonasında baş verib.

Trampın sözlərinə görə, narkotik daşıyan gəminin vurulduğu əməliyyat zamanı 3 yaraqlı öldürülüb və “Amerika hərbçilərindən heç biri zərər görməyib”. 

Venesuela prezidenti Nikolas Maduro yerli telekanalla yayımlanan çıxışında ölkənin beş həftə ərzində ABŞ-ın təcavüzü altında olduğunu deyib: “Beş həftə ərzində bizi 1200 raket və nüvə sualtı qayığı ilə silahlanmış esmineslərlə hədələyirlər”.

Maduro qeyd edib ki, Karib dənizində respublikanın sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz gəmisi və bir nüvə sualtı qayığı yerləşdiyi şəraitdə “Venesuela qanuni müdafiə hüququndan tam şəkildə istifadə edir”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR