Onlayn ictimai-siyasi qəzet
ABŞ mediası, xüsusilə CNN, iddia edir ki, prezident Donald Tramp administrasiyası İranı atəşkəs sonrası nüvə danışıqlarına çəkmək üçün 30 milyard dollarlıq “mülki nüvə proqramı” yardımını müzakirə edir.
Musavat.com xəbər verir ki, mənbələrin iddialarına görə, bu təklif İranın yalnız mülki enerji istehsalına yönəlmiş nüvə fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır və uranın zənginləşdirilməsi fəaliyyətlərini əhatə etmir.
İddialara əsasən, bu yardım Körfəz ölkələri tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilə bilər. Danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiven Vitkoffun da iştirak etdiyi bildirilir.
Bundan əlavə, Tehranın hazırda dondurulmuş 6 milyard dollarlıq xarici valyuta ehtiyatlarına çıxışına icazə verilməsi və bəzi sanksiyaların qaldırılması da masadakı digər təkliflər sırasındadır.
Rəsmi təsdiq olmasa da, iddialar İranla ABŞ arasında gərgin münasibətlərin yumşaldılması və nüvə diplomatiyasına dönüş baxımından mühüm siqnal kimi qiymətləndirilir.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ