Onlayn ictimai-siyasi qəzet
"Onbeşlilər" serialının baş rolu İsmayıl Ege Şaşmaz çəkiliş meydançasında qəza keçirib.
Hadisə zamanı aktyor əlindən xəsarət alıb və xəstəxanaya aparılıb. Müayinə zamanı barmağının sınığı müəyyən edilib və təcili əməliyyat olunub.
Əməliyyat təxminən bir saat davam edib və nəticədə Şaşmaza iki həftəlik müalicə verilib.
Aktyorun səhhəti yaxşıdır və tezliklə çəkiliş meydançasına qayıtması gözlənilir. Bu səbəbdən "Onbeşlilər" serialının çəkilişləri müvəqqəti olaraq dayandırılıb./Milli.az/
.png)
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ