Onlayn ictimai-siyasi qəzet
Fransada gözlənilməz biabırçılıq yaşanıb.
Musavat.com xəbər verir ki, prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin vergi xidmətinin rəsmi elektron bazasında “Jan-Mişel” adlı kişi kimi qeyd olunub.
Bəli, sistem xanımı tanımayıb. Hökumətin birinci xanımını kişiyə çevirib. Parisdə bulvardan tutmuş qeyri-rəsmi salon söhbətlərinə qədər hamı elə bunu danışır.
Məlum olur ki, Bricit Makron bunu öyrənən kimi rəsmi şikayət verib. Sarayda isə sözün əsl mənasında “panika düyməsi” basılıb.
İstintaq başladılıb və gör nə yaxşı! – məlumatları sistemə yükləyən iki məmur artıq saxlanılıb. Onlar isə deyiblər ki, bunu hökumətin siyasətinə etiraz olaraq ediblər.
Əlbəttə, Fransa məmurunun siyasi etiraz metodu dəbdədir: mitinqə çıxmaq artıq keçmişdə qaldı, indi “birinci xanımın cinsini dəyişmək” daha effektlidir.
Bu arada…
Bricit Makronun əslində kişi olduğu barədə şayiələr uzun illərdir bitib-tükənmir. Son vaxtlar ABŞ jurnalisti Kendis Ovensin filmi bu mövzunun üstünə yenidən benzin tökdü. Film yayımlandıqdan sonra Bricit Makron vəkilləri ilə məhkəmə hücumuna keçdi – “böhtan” maddəsi ilə.
Amma internetdə belə şayiələrə qarşı mübarizə aparmaq, adətən, odu odunla söndürməyə bənzəyir.
İndi isə vergi saytında “Jan-Mişel” adı – sosial şəbəkələrdə yeni mem dalğası deməkdir.
Fransa hökuməti ölkəni qlobal siyasi böhrandan çıxara bilməz, amma vergi sistemində ilk xanımın adını dəyişə bilir.
Bəzən dövlət idarəçiliyi böyük siyasət deyil, sadəcə doğru xanaya tik qoymaqdır.
Musavat.com
26 Oktyabr 2025
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ