İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalının oğlu DANIŞDI: "Onları məhkəməyə verəcəyəm"

"Ana Vətən Partiyasının bu gün keçirilən Qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə faktlar var".

Musavat.com xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib.

O, Ana Vətən Partiyasının Qurultayında böyük səslə qalib gəldiyini deyib:

"Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdalaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət edəcəyəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR