İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail “Hizbullah”ın məşhur komandirini ÖLDÜRDÜ

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna endirdiyi zərbə nəticəsində “Hizbullah” qrupunun “Radvan” elit bölməsinin komandirini məhv edib.

Musavat.com “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, səhər saatlarında Livanın cənubunda pilotsuz uçuş aparatı ilə həyata keçirilən zərbə nəticəsində “Radvan”ın tank əleyhinə raket bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatuni həlak olub.

IDF-in məlumatına görə, o, qrupun cənub Livandakı infrastrukturunun bərpasında iştirak edirdi.

“Fatuni Nəbatiyə bölgəsindəki Haruf şəhəri yaxınlığında yerləşən Cibçit kəndində avtomobillə hərəkət edərkən hədəfə alınıb”, - mətbuat xidməti bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR