İnsanlara hürriyət, millətlərə istiqlal!

Arxiyepiskop Arşakın öz xalası ilə intim videosu yayıldı - Paşinyan dediyini etdi - ŞOK VİDEO

İlk yayımlanma saatı: 18:11

Ermənistanda hökumət ilə kilsə arasında uzun müddətdir davam edən qarşıdurma yeni və daha kəskin mərhələyə keçib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə anonim “Telegram” kanalında Erməni Apostol Kilsəsinin yüksək rütbəli nümayəndəsi, Eçmiədzin Katolikosluğunun Baş Katibliyinin rəhbəri arxiyepiskop Arşak Xaçatryana aid olduğu iddia edilən öz xalası ilə intim video yayılıb. Hadisə ölkədə böyük şok və qalmaqal yaradıb.

Eçmiədzin Patriarxlığı yayılan görüntüləri sərt şəkildə təkzib edərək onu “hakimiyyətin sifarişli şantaj kampaniyası və montaj böhtanı” kimi qiymətləndirib. Kilsə rəhbərliyi Paşinyan hakimiyyətini dini təsisatları nüfuzdan salmaq və cəmiyyətin mənəvi dayaqlarını dağıtmaqda ittiham edir.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan bir müddət əvvəl açıq bəyan etmişdi ki, onun əlində bəzi ruhanilərin, o cümlədən Katolikos II Qareginin gizli münasibətlər saxlaması və ailə qurması ilə bağlı sübutlar var. Bu bəyanat həmin kompromatların mərhələli şəkildə ictimailəşdiriləcəyi barədə mesaj kimi dəyərləndirilmişdi.

Musavat.com əlavə olaraq qeyd edir ki, Erməni Apostol Kilsəsi tarixi boyunca Türklərə qarşı düşmənçilik üzərində qurulmuş ideoloji mərkəz rolunu oynayıb. Kilsə “dənizdən dənizə Ermənistan” xəyalının, habelə “Miatsum” – yəni Azərbaycan torpaqlarının hesabına Ermənistan dövlətinin genişləndirilməsi ideologiyasının baş memarı və ideoloqu olub. Bu qurum uzun illər boyu bölgədə nifrət, işğalçı düşüncə və ekspansionist təbliğatın daşıyıcısı kimi çıxış edib.

Tarixi faktlar göstərir ki, erməni kilsəsi daim Rusiya çarları, daha sonra isə Kremlin siyasi təsiri altında fəaliyyət göstərib və regionda Moskvanın təsir mexanizmlərindən biri kimi rol oynayıb. Bu səbəbdən hazırda Ermənistan hökuməti ilə kilsə arasında gedən qarşıdurma həm də Moskva ilə İrəvan arasında geosiyasi çəkişmənin bir hissəsi kimi qiymətləndirilir.

Mövcud vəziyyət göstərir ki, kompromat savaşı açıq fazaya keçib və hələlik Paşinyan bu mübarizədə bir addım öndə görünür. Kilsənin mövqeyi isə daha çox Moskvanın nə dərəcədə və hansı səviyyədə müdaxilə edəcəyindən asılı olacaq.

Musavat.com xəbər verir ki, qarşıdakı günlərdə tərəflərdən yeni açıqlamalar, ifşalar və qarşılıqlı ittihamların davam edəcəyi istisna edilmir.

Qeyd: Video görüntülərin yalnız senzuralı olan hissəsini yayınlayırıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR