İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun anonim donorunun adı bəlli oldu

ABŞ-də federal hökumətin öz fəaliyyətini qismən dayandırması şəraitində ölkə ordusunda maaşları ödəmək üçün 130 milyon dollar ianə edən anonim donorun "tənha milyarder" Timoti Mellon olduğu müəyyən edilib.

Bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd edək ki, Mellon uzun müddətdir ki, Tramp tərəfdarı kimi tanınır. O, 2024-cü ildə Respublikaçıların prezidentlik kampaniyasını da dəstəkləyib.

Mellon təcrid olunmuş həyat tərzinə üstünlük verir və vaxtının çox hissəsini Vayominqdə keçirir.//

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR