Onlayn ictimai-siyasi qəzet
Son günlərdə vergilər məcəlləsinə yeni dəyişiklilər, xüsusilə də özəl sektorda 2500 manata qədər maaşlara 3 faiz vergi tətbiqi geniş müzakirə edilir.
Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli məsələyə münasibət bildirib.
O, bəzi KİV-lərdə 1000 manat maaş alan şəxslərdən 30 manat vergi tutulacağı ilə bağlı yayılan məlumatların doğru olmadığını qeyd edib. Onun sözlərinə görə, dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6 maddəsinin yenidən tətbiqini nəzərdə tutur.
"Bu maddəyə əsasən, fiziki şəxslərin gəlirlərinin 200 manatadək hissəsi vergidən azaddır. Yəni, 1000 manat maaş alan şəxs 30 deyil, 24 manat vergi ödəyəcək. Hesablama belə aparılır: 1000 manat - 200 manat = 800 manat × 3% = 24 manat. Bu, ödəniləcək verginin 6 manat azalmasına imkan verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəyəcək", - deyə ekspert bildirib.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ